Birxeber.az / İngiltərə millisinin sabiq futbolçusu Cənubi Koreya klubu ilə müqavilə imzalayacaq

İngiltərə millisinin sabiq futbolçusu Cənubi Koreya klubu ilə müqavilə imzalayacaq

2-02-2024, 15:40

İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqard Cənubi Koreya təmsilçisi "Seul" ilə 2 illik müqavilə imzalayacaq.

"Birxeber.Az" BBC-yə istinadən xəbər verir ki, 31 yaşlı ingilis vinger yayda son klubu "Nottinqem Forest"dən ayrılandan sonra azad agent idi.

Futbolçu daha əvvəl "Mançester Yunayted", "Vest Hem", "Derbi Kaunti", "Brayton" və "Lester" klublarında çıxış edib.

Cessi Linqard İngiltərə millisində 32 oyunda 6 qol vurub. "Transfermarkt" onun dəyərini 6 milyon avro qiymətləndirir.

Geri qayıt