Birxeber.az / Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini iki dəfə artırmağı planlaşdırır

Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini iki dəfə artırmağı planlaşdırır

2-02-2024, 14:40

Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsinin həcmini iki dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

“Birxeber.Az” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan və Özbəkistanın baş nazirləri müvafiq olaraq Alixan Smailov və Abdulla Aripov arasında Almatıda keçirilən danışıqlarda razılıq əldə olunub.

“Bizim qarşımızda ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq vəzifəsi durur. Buna görə də ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün sistemli tədbirlər görmək lazımdır. Qazaxıstan hökuməti qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün birgə işləməyə hazırdır”, - A.Smailov bildirib.

Qeyd edək ki, iki ölkə arasında 2022-ci ildə ticarət dövriyyəsi 5 milyard ABŞ dolları, 2023-cü ilin 11 ayı ərzində isə 4,1 milyard ABŞ dolları olub.

Tərəflər həmçinin ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı, tranzit, nəqliyyat və qaz sektorlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Geri qayıt