Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ilk ayında milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
“Birxeber.Az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarda daxili birincilikdə ən çox fərqlənən futbolçu San Marinonun “Folqore” klubunun hücumçusu Samuel Pançottidir.
23 yaşlı forvard ötən ayda çempionatda rəqib qapılarına 7 dəfə yol tapıb.
Siyahıya dünyanın ən yüksək reytinqli 100 çempionatında və Braziliya əyalətlərinin yüksək divizionlarında çıxış edən futbolçular salınıb. Eyni sayda qol vuranların sıralaması klubların liqalarının reytinqinə əsasən müəyyənləşdirilib.
Azərbaycan Premyer Liqasından heç kim açıqlanan ilk “20-liy”ə düşə bilməyib. Yanvarda Premyer Liqanın cəmi 2 turu oynanılıb. Bu matçların ən məhsuldar oyunçuları isə Ayxan Quseynov, Luis Paçu (hər ikisi “Turan Tovuz”) və Abdullah Zubirdir (“Qarabağ”). Onların hər biri 2 qol vurub.
Futbolçu | Ölkə | Klub | Qol | |
1 | Samuel Pançotti | San Marino | “Folqore” | 7 |
2 | Duşan Vlahoviç | Serbiya | “Yuventus” (İtaliya) | 6 |
3 | Cengiz Ündər | Türkiyə | “Fənərbağça” | 6 |
4 | Qonsalo Mastriani | Uruqvay | “Amerika Mineyro” (Braziliya) | 6 |
5 | Aleks Ambrozini | İtaliya | “La Fiorita” (San Marino) | 6 |
Yussef Ezzejjari | İspaniya | “Visaka” (Kamboca) | 6 | |
6 | Trinkao | Portuqaliya | “Sportinq” | 5 |
7 | Luk de Yonq | Niderland | PSV | 5 |
Brayan Brobbi | Niderland | “Ayaks” | 5 | |
9 | İqor Tiaqo | Braziliya | “Brügge” (Belçika) | 5 |
10 | Rey Manaj | Albaniya | “Sivasspor” (Türkiyə) | 5 |
Nuno Da Koşta | Kabo Verde | “Kasımpaşa” (Türkiyə) | 5 | |
12 | Ezekyel Ponse | Argentina | AEK (Yunanıstan) | 5 |
Levi Qarsiya | Trinidad və Tobaqo | AEK (Yunanıstan) | 5 | |
Kiril Despotov | Bolqarıstan | PAOK (Yunanıstan) | 5 | |
15 | Din David | İsrail | “Makkabi” (Hayfa) | 5 |
16 | Zakariya Savo | İsveç | “Aris” (Kipr) | 5 |
17 | Mohammed Ben Kacem | Mərakeş | “Kosmos” (San Marino) | 5 |
İmre Badalatsi | İtaliya | “Tre Penne” (San Marino) | 5 | |
Rikkardo Tsulli | İtaliya | “Kosmos” (San Marino) | 5 | |
20 | Hiroşi İbusuki | Yaponiya | “Adelayde Yunayted” (Avstraliya) | 5 |
Ulises Davila | Meksika | “Makartur” (Avstraliya) | 5 |