Birxeber.az / Əfqanıstanda qəzaya uğramış təyyarədə 4 nəfər sağ qalıb - YENİLƏNİB

Əfqanıstanda qəzaya uğramış təyyarədə 4 nəfər sağ qalıb - YENİLƏNİB

21-01-2024, 19:40

Əfqanıstanın şimalında təyyarə qəzası nəticəsində iki nəfər ölüb, dörd nəfər sağ qalıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.

17:30

Rusiyanın Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub.

“Birxeber.Az” Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 20-də axşam saatlarında Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” biznes-jeti ilə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyaləti üzərində rabitə əlaqəsi kəsilib.

Tezliklə təyyarənin qalıqları yüksək dağlarda tapılıb. Təyyarənin qəzaya uğramasına səbəb mühərrikin nasazlığı olub.

Təyyarənin sərnişinlərinin Volqodonskda tanınmış şəxslər, iş adamları Anna və Anatoli Yevsyukov olduğu məlum olub. Anatoli Yevsyukov Volqodonskda “Maşenka”, “Atlant”, “Avanqard” və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlaklarının sahib olub və onları idarə edib.

“Baza” nəşrinin məlumatına görə, Yevsyukovlar ailəsi dekabrın 15-də tətil üçün Taylanda uçub. Bir neçə gündən sonra Anna Yevsyukova özünü pis hiss etməyə başlayıb və dekabrın 17-də o, Pattaya Xəstəxanasına yerləşdirilib. Yerli həkimlər onun infeksiyaya yoluxduğunu bildiriblər.

Qadın süni nəfəs aparatına qoşulub. Xəstənin Rusiyaya təxliyəsi üçün şəxsi təyyarə sifarişi verilib. Hava gəmisində yalnız ər və arvad üçün yer olub. Onların oğlu Vitali isə Pattayadan Rusiyaya müntəzəm reyslə uçub.

Geri qayıt