Birxeber.az / Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zərhərlənən var

Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zərhərlənən var

2-02-2024, 14:40

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt