Birxeber.az / XİN: Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir

XİN: Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir

21-01-2024, 19:40

Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

"Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb", - paylaşımda qeyd edilib.

Geri qayıt