Birxeber.az / İqtisadi Zonaların İnkişafı Agentliyinə yeni sədr təyin olunub

İqtisadi Zonaların İnkişafı Agentliyinə yeni sədr təyin olunub

2-02-2024, 13:50

Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub.

"Birxeber.Az-Economics"in xəbərinə görə, S. Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bu vaxta qədər həmin vəzifədə çalışan Elşad Nuriyev isə "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri təyin edilib.

Geri qayıt