Birxeber.az / Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb

Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb

2-02-2024, 13:40

Azərbaycan və BMT ölkəmizin “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr aparıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə COP29-a hazırlıq işləri, qarşılıqlı əməkdaşlıq və Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə #COP29-a hazırlıq işləri, qarşılıqlı əməkdaşlıq və Azərbaycanın #YaşılEnerji keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr apardıq. pic.twitter.com/6tfdTEzWg9

— Parviz Shahbazov (@ParvizShahbazov) February 2, 2024
Geri qayıt