Birxeber.az / Naxçıvanda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda tədbir keçirilib 

Naxçıvanda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda tədbir keçirilib 

2-02-2024, 13:40

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, tədbiri giriş sözü ilə açan (Ombudsman) Səbinə Əliyeva çıxışında seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib.

O vurğulayıb ki, ilk dəfə olaraq bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək: “Bu, həm də qürurverici məqamdır. Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir.

Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olam müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində, hərbi hissələrdə, Pentensiar xidmətlərində müşahidələr də aparacaqlar”.

S.Əliyeva əlilliyi olan insanların seçkilərdən iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırıldığını, sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyi də diqqətə çatdırılıb.

Növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər barədə danışan Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev nəzər çatdırıb ki, MSK seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırılaraq bildirilib ki, bölmə vasitəsilə vətən­daşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Mərkəzi Seçki Komissiyasının üzvü bildirib ki, seçkidə 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçi iştirak edəcək: "Həmçinin seçkini təxminən 62 beynəlxalq media qurumunun 120 xarici jurnalisti müşahidə edəcək. Bu seçkilərdə ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək. Seçicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb ki, bunun 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1000 seçki məntəqəsində kamera quraşdırılıb".

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosessisndə aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. Bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunub, Ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva bildirib ki, Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edilib.

Geri qayıt