Birxeber.az / Bakıda bağ evlərindən 13 min manatlıq oğurluq olub

Bakıda bağ evlərindən 13 min manatlıq oğurluq olub

2-02-2024, 12:50

Bakıda evlərdən oğurluq edilib.

APA DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.
Araşdırma aparılır.

Geri qayıt