Birxeber.az / Almaniyada ictimai nəqliyyat işçiləri tətilə başlayıb

Almaniyada ictimai nəqliyyat işçiləri tətilə başlayıb

2-02-2024, 12:50

Almaniyada ictimai nəqliyyat işçiləri 24 saatlıq tətilə başlayıb.

Birxeber.Az DW-yə istinadən xəbər verir ki, ictimai nəqliyyat işçilərinin tətili bu gün səhər saatlarından etibarən başlayıb.

Həmkarlar İttifaqı "Verdi" tərəfindən dəstəklənən aksiya Bavariya istisna olmaqla, Almaniyanın bütün federal əyalətlərində avtobus və tramvayların hərəkətinin dayanmasına səbəb olub.

90000 nəqliyyat işçisini təmsil edən "Verdi" ictimai nəqliyyat işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Geri qayıt