Birxeber.az / KİV: Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün göstəriş verib

KİV: Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün göstəriş verib

2-02-2024, 11:50

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün aydın göstərişlər verib.

Birxeber.Az xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Nəşrin xəbərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası bu həftə fövqəladə iclas keçirərək.

Şura İraqda İrana yaxın qüvvələrin İordaniyada ABŞ-nin 3 əsgərinin ölümünə və 40-dan çox əsgərinin yaralanmasına səbəb olan hücumdan sonra ABŞ-nin cavab addımı atacağından dərin narahatlığını ifadə edib.

Şuranın müzakirələrindən xəbərdar olan və ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmayan üç iranlı rəsmi bildirib ki, Şura çərçivəsində prezident, xarici işlər naziri, silahlı qüvvələrin rəhbərləri və ölkənin Ali Rəhbərinin iki köməkçisi, ABŞ-ın İrana hücumu və ya regiondakı proksi qüvvələrə zərbələrlə bağlı bir sıra ssenariləri və bunların olacağı təqdirdə, necə cavab veriləcəyi müzakirə olunub.

"Müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Əli Xamenei açıq göstərişlər verib: Birləşmiş Ştatlarla birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən qüvvələrin (proksilərin - red.) hərəkətlərindən uzaqlaşdırın, lakin Birləşmiş Ştatlar zərbə vurarsa, cavab verməyə hazırlaşın”, - nəşr yazıb.

Geri qayıt