Birxeber.az / İspaniyalı məşqçi: “Neftçi”dəki ikinci ilim təlatümlü, lakin çox gözəl idi”

İspaniyalı məşqçi: “Neftçi”dəki ikinci ilim təlatümlü, lakin çox gözəl idi”

2-02-2024, 11:40

“Neftçi”dəki ikinci ilim təlatümlü, lakin çox gözəl idi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda “Neftçi” və “Qarabağ” klublarında işləmiş ispaniyalı məşqçi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında deyib.

Hazırda İngiltərənin “Ridinq” klubunun baş məşqçisi vəzifəsini icra edən 40 yaşlı mütəxəssis Azərbaycan komandalarında keçirdiyi dönəmi xatırlayıb. O, ilk titullarına “Neftçi”də olarkən sahib çıxdığını bildirib: “Neftçi” Azərbaycanın ən vacib klubudur. Orada fiziki hazırlıq üzrə məşqçi idim, sonra baş məşqçi də oldum. Ancaq komandanı oyuna çıxarmadım. Birinci mövsümdə ölkə çempionluğunu və kubokunu, ikinci ildə isə kuboku qazandıq. Bunlar mənim ilk titullarım idi”.

R.Selles “Qarabağ”da da maraqlı təcrübə topladığını sözlərinə əlavə edib: “2015-ci ildə Azərbaycana qayıtdım, iki il yarım “Qarabağ”da işlədim. İkinci və fiziki hazırlıq üzrə məşqçi idim. Ardıcıl iki mövsüm ölkə çempionu olduq və kuboku qazandıq. 2017/2018 mövsümündə “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) kimi klublarla Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq”.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da işləyib.

Geri qayıt