Birxeber.az / KİV: "İsrail Dəməşq ətrafında Sepahın qərargahını vurub"

KİV: "İsrail Dəməşq ətrafında Sepahın qərargahını vurub"

2-02-2024, 11:40

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq ətrafında İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına zərbə endirib.

“Birxeber.Az” “Newsru.co.il” istinadən xəbər verir ki, bu barədə Suriyada müxalifətdə olan “Nurs” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 2-də Dəməşqin cənubunda Seyyidə Zeynəb rayonunda baş verib.

Məlumata görə, İsrailin rəsmi dairələri məlumatı şərh etməyib.

Geri qayıt