Birxeber.az / "Səbail” daha bir futbolçunun keçidini rəsmiləşdirib

"Səbail” daha bir futbolçunun keçidini rəsmiləşdirib

2-02-2024, 11:40

"Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş heyətə cəlb olunub.

Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.

Geri qayıt