Birxeber.az / Dövlət Xidməti: "Seçkilərdə tətbiq olunacaq qurğu və avadanlıqlar ən yeni nailiyyətləri birləşdirir"

Dövlət Xidməti: "Seçkilərdə tətbiq olunacaq qurğu və avadanlıqlar ən yeni nailiyyətləri birləşdirir"

2-02-2024, 11:40

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində tətbiq olunacaq bütün informasiya texnologiya qurğuları, video-foto və digər avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirir.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib.

"Qısa müddətdə 6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. 1 000 məntəqədə müşahidə kameraları quraşdırılıb. Qurğu və avadanlıqlarımız o qədər müasirdir ki, qarşıdan gələn bir neçə onilliklərdə onlardan istifadə imkanımız olacaq",- deyə o qeyd edib.

Geri qayıt