Birxeber.az / Azərbaycanda dövlət qurumlarına İKT sahəsi üzrə yeni həll təqdim ediləcək

Azərbaycanda dövlət qurumlarına İKT sahəsi üzrə yeni həll təqdim ediləcək

2-02-2024, 11:40

Bu il Azərbaycanda dövlət qurumlarına mühafizə sistemi kimi daha bir həll təqdim ediləcək.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"Bu vaxta kimi biz mərkəzləşdirilmiş antivirus həlli kimi dövlət qurumlarına ESET həllini verirdik. Lakin bu ildən dövlət qurumlarına həm də XDR həlli də təqdim olunacaq. Yeni həllə yanaşı biz dövlət qurumlarına MDR xidmətini daha geniş və çoxfunksiyalı şəkildə verəcəyik", - deyə o qeyd edib.

Geri qayıt