Birxeber.az / Azərbaycanda ötən il dövlət elektron poçt xidmətinə 27 milyondan çox məktub daxil olub

Azərbaycanda ötən il dövlət elektron poçt xidmətinə 27 milyondan çox məktub daxil olub

2-02-2024, 11:40

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumları üçün yaratdığı dövlət elektron poçt xidmətinə ümumilikdə 27 milyondan çox məktub daxil olub.

"Birxeber.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"Bunun da 24,8 milyonu son istifadəçilərə çatdırılıb, 2,28 milyonu zərərli tərkibli olması səbəbindən blok edilib. Demək olar ki, hər 10 "mail"dən biri fişinq və yaxud zərərverici tərkibli olub", - deyə o qeyd edib.

Xidmət rəhbəri bildirib ki, hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən dövlət qurumlarının 30 000 əməkdaşı istifadə edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanına əsasən, dövlət elektron poçt xidməti yaradılıb.

Geri qayıt