Birxeber.az / Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək

Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək

2-02-2024, 11:40

Fevralın 9-da Baş prokuror Kamran Əliyev Saatlıda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

K.Əliyev fevralın 9-u saat 10:00-da Saatlı Rayon Prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Geri qayıt