Birxeber.az / İspaniya klubu "Tottenhem"in hücumçusunu transfer edib

İspaniya klubu "Tottenhem"in hücumçusunu transfer edib

2-02-2024, 11:40

İspaniyanın "Sevilya" klubu İngiltərə təmsilçisi "Tottenhem"in hücumçusu Alexo Velisi transfer edib.

"Birxeber.Az" xəbər verir ki, müqavilə 2023/2024 mövsümünün sonuna qədər satın alma hüququ olmadan icarəni nəzərdə tutur.

19 yaşlı argentinalı "Tottenhem"ə 2023-cü ilin yayında "Rosario Sentral"dan 15 milyon avroya keçib.

Qeyd edək ki, Alexo Velis bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyun keçirib və 1 qol vurub.

Geri qayıt