Birxeber.az / Yeni Zelandiya Qəzzadakı fələstinlilərə 3 milyon dollar ayırıb

Yeni Zelandiya Qəzzadakı fələstinlilərə 3 milyon dollar ayırıb

2-02-2024, 09:40

Yeni Zelandiya Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə daha 3 milyon dollarlıq humanitar yardım göndərəcək.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.

Yeni Zelandiya hökumətinin internet saytında dərc edilmiş bəyanatda Piters bildirib ki, 5 milyon Yeni Zelandiya dolları (3 milyon ABŞ dolları) məbləğində yeni maliyyə paketi “Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (WFP) arasında bərabər bölünəcək”.

“UNICEF-in ayırdığı 2,5 milyon Yeni Zelandiya dolları (1,5 milyon ABŞ dolları) əhalinin ən həssas kateqoriyası olan qadınlara, uşaqlara və körpələrə dəstək olacaq”, – o, Ümumdünya Səhiyyə Təşkilatının ərzaq proqramına daha 2,5 milyon Yeni Zelandiya dollarının ayrıldığını vurğulayıb ki, bu da “Qəzza zolağında 2,2 milyon ac insana yardım göstərəcək”.

Nazir həmçinin İsrail hökumətini “Qəzza zolağında humanitar yardımın paylanmasına yardım etməyə” və Fələstin anklavında və İordan çayının qərb sahilində çalışan xeyriyyə təşkilatlarının əməkdaşları üçün vizaların alınması prosesini sadələşdirməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 7-dən bəri rəsmi Velinqton Fələstinə humanitar yardım almaq üçün 10 milyon Yeni Zelandiya dollarından (təxminən 6,2 milyon ABŞ dolları) çox vəsait ayırıb. Vəsaitlər Beynəlxalq Qızıl Xaç Komitəsinə, Ümumdünya Ərzaq Proqramına və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) köçürülüb.

Geri qayıt