Birxeber.az / “Qalatasaray” hücumçusunu İspaniya klubuna satıb

“Qalatasaray” hücumçusunu İspaniya klubuna satıb

2-02-2024, 09:40

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.

“Birxeber.Az” xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.

Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.

Geri qayıt