Birxeber.az / Bişkəkdə istilik elektrik stansiyasında qəza olub, yaralılar var

Bişkəkdə istilik elektrik stansiyasında qəza olub, yaralılar var

2-02-2024, 08:40

Qırğız Respublikasının paytaxtı Bişkəkdə şəhər istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar çoxmənzilli binalara isti su və istilik verilməsi dayandırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə TASS ölkənin Energetika Nazirliyinə istinadən yazıb.

Bununla belə, şəhər sakinlərinin evlərinə fasiləsiz elektrik enerjisi verilir.

Paytaxtda vətəndaşların evlərində istiliyin bərpası istiqamətində işlərin aparılması üçün operativ qərargah yaradılıb. Eyni zamanda, qurum əhalini “mövcud vəziyyətə anlayışla yanaşmağa” çağırıb.

İES-də qəza fevralın 2-nə keçən gecə baş verib, avadanlıq sıradan çıxıb. Nəticədə İES-in üç əməkdaşı xəsarət alıb.

Hazırda Bişkəkdə nəqliyyat, mağazalar, banklar və dövlət qurumları adi rejimdə işləyir. Məktəblər onlayn təhsil rejiminə keçib.

Geri qayıt