Birxeber.az / Gəncədə 84 yaşlı kişini avtomobil vurub

Gəncədə 84 yaşlı kişini avtomobil vurub

21-01-2024, 18:40

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Füzuli Kərimovu avtomobil vurub.

Piyada müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan F.Kərimov uzun müddət "Azərbaycan Dəmir Yolları" QSC-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt