Birxeber.az / Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz artırıb

Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz artırıb

2-02-2024, 04:50

Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz bənd artırıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankının rəsmi saytı məlumat yayıb.

Uçot dərəcəsio 19,25 faizdən 21,25 faizə qədər artırılıb.

“Qlobal miqyasda inflyasiya təzyiqləri azalsa da, inflyasiya gözləntiləri ətrafında qeyri-müəyyənlik var, xüsusən də qlobal geosiyasi gərginliklər və Qırmızı dənizdə daşımaların pozulması nəticəsində qlobal əmtəə qiymətləri ilə bağlı uçot dərəcəsi artırılıb”, - deyə qeyd olunub.

Mərkəzi Bankının məlumatına görə, keçən ilin dördüncü rübünün ilkin göstəriciləri iqtisadi aktivliyin azalmasından xəbər verir.

2023-cü ildə Misir Mərkəzi Bankı əməliyyatları üzrə əsas dərəcəsini iki dəfə artırıb. Mart ayında 200 baza bəndi, sonra avqustda daha 100 baza bəndi qaldırıldı.

Geri qayıt