Birxeber.az / Hövsanda avtomobil aşıb, ağır xəsarət alan var 

Hövsanda avtomobil aşıb, ağır xəsarət alan var 

2-02-2024, 04:40

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Hövsan qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə sərnişin 1991-ci il təvəllüdlü Məlikov Tural Asim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt