Birxeber.az / “Əl-Nəsr” yoldaşlıq oyununda “İnter Mayami”ni darmadağın edib

“Əl-Nəsr” yoldaşlıq oyununda “İnter Mayami”ni darmadağın edib

2-02-2024, 01:50

Portuqaliyalı ulduz Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Lionel Messinin formasını geyindiyi ABŞ-ın “İnter Mayami” klubu arasında yoldaşlıq görüşü keçirilib.

Birxeber.Az xəbər verir ki, zədə səbəbindən Ronaldonun çıxış etmədiyi görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

“Əl-Nəsr” rəqibinin qapısından 6 cavabsız top keçirib.

Meydan sahiblərinin heyətində Anderson Taliska het-trik edib. Digər qolları isə Otavio, Laporte və Marran rəqib qapısından keçiriblər.

Qeyd edək ki, “İnter Mayami”ə Lionel Messi qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxıb.

Geri qayıt