Birxeber.az / Suriyanın şərqindəki ABŞ bazası dron hücumuna məruz qalıb

Suriyanın şərqindəki ABŞ bazası dron hücumuna məruz qalıb

1-02-2024, 23:50

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum olub.

Birxeber.Az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Hərbi baza Əl-Ömər neft anbarı yaxınlığında yerləşib.

Güclü partlayış səslərinin eşidildiyi iddia edilir.

Hücumun nəticələri barədə məlumat verilmir.

Geri qayıt