Birxeber.az / "Sabah"ı Premyer Liqanın növbəti matçına çıxaracaq mütəxəssis müəyyənləşib

"Sabah"ı Premyer Liqanın növbəti matçına çıxaracaq mütəxəssis müəyyənləşib

1-02-2024, 23:40

"Sabah" komandasını Azərbaycan Premyer Liqasının XXI turunda "Turun Tovuz"la matça çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib.

Bu barədə "Birxeber.Az"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda növbəti oyuna klubun idman direktoru İqor Ponomaryovun rəhbərrliyi altında çıxacaq.

Fevralım 3-də gerçəkləşəcək "Sabah" - "Turan Tovuz" görüşü saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" bu gün rusiyalı baş məşqçi Murad Musayevlə yollarını ayırıb.

Geri qayıt