Birxeber.az / BMT: Qəzza zolağında 122 jurnalist öldürülüb

BMT: Qəzza zolağında 122 jurnalist öldürülüb

1-02-2024, 23:40

Qəzza zolağında oktyabrın 7-də münaqişə başlayandan bəri 122 jurnalist öldürülüb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin xüsusi məruzəçilərinin İnsan Hüquqları üzrə Ali Komissarlıq tərəfindən yayılan bəyanatında deyilir.

“BMT-nin hesablamalarına görə, oktyabrın 7-dən Qəzza zonasında 122-dən çox jurnalist və media işçisi öldürülüb, çoxlu sayda KİV nümayəndəsi yaralanıb. Oktyabrın 7-də HƏMAS-ın hücumları zamanı 4 israilli jurnalist öldürülüb”, - sənəddə vurğulanır.

Geri qayıt