Birxeber.az / Aİ liderləri Ukraynaya mərmi və raket tədarükünü sürətləndirməyə çağırıb

Aİ liderləri Ukraynaya mərmi və raket tədarükünü sürətləndirməyə çağırıb

1-02-2024, 21:40

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirməyə çağırıblar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə sammitin yekun bəyannaməsində deyilir.

“Avropa İttifaqı Şurası xüsusən Ukraynaya 1 milyon artilleriya sursatının verilməsi öhdəliyini nəzərə alaraq, döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin zəruriliyini vurğulayır”, - bəyanatda qeyd olunub.

Bundan əlavə, Avropa İttifaqı Şurası üzv dövlətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün bütün variantları araşdırmağa və bu istiqamətdə səyləri gücləndirməyə, o cümlədən ehtiyatların davamlı tədarükü, mövcud sifarişlərin yönləndirilməsi və zəruri yeni sifarişlərin yerləşdirilməsinə dair çağırış edib.

Geri qayıt