Birxeber.az / UNRWA əlavə maliyyə almadığı təqdirdə fevralın sonuna qədər fəaliyyətini dayandıracaq

UNRWA əlavə maliyyə almadığı təqdirdə fevralın sonuna qədər fəaliyyətini dayandıracaq

1-02-2024, 21:40

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) əlavə maliyyə almadığı təqdirdə ümumilikdə Yaxın Şərqdə və xüsusilə Qəzza zolağında fəaliyyətini dayandırmağa məcbur olacaq.

"Birxeber.Az" xəbər verir ki, bunu UNRWA-nın nümayəndəsi Cülyett Tuma deyib.

“UNRWA təşkilatın maliyyələşdirilməsi bərpa olunmasa, fevralın sonundan sonra təkcə Qəzzada deyil, bütün regionda əməliyyatlar həyata keçirə bilməyəcək", - o bildirib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Kanada və ABŞ da daxil olmaqla, bir neçə ölkə HƏMAS-la əlaqədə şübhəli bilindiyinə görə UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb.

Geri qayıt