Birxeber.az / Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-2

Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-2

21-01-2024, 16:50

Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutması zamanı həlak olan vətəndaşların sayı 25-ə çatıb. Ən azı 20 nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bunu Donetski separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.

"Hazırda 25 nəfərin ölümü ilə bağlı məlumat təsdiqlənib. Ən azı 20 nəfər xəsarət alıb, onlardan iki uşağın vəziyyəti orta ağırdır. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralananlar var”, - məlumatda deyilir.

***

14:23

Donetskin Kirovski rayonunun Ukrayna hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Birxeber.Az RİA Novosti-nin telegram kanalına istinadən xəbər verir ki, bunu şəhər meri bildirib.

***

13:19

Donetskin Tekstilşçik mikrorayonunda bazarın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Donetsk separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.

"Donetsk Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ilkin məlumatlara görə, azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bazar ən çox izdihamlı olduğu bazar günü hücuma məruz qalıb", - Puşilin yazıb.

Geri qayıt