Birxeber.az / Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

1-02-2024, 18:40

Gəncə şəhərinin ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Əttarlar küçəsi 71 ünvanında qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən tikinti işləri dayandırılıb və söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər əraizisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Geri qayıt