Birxeber.az / Hakan Fidan İsveç XİN başçısı ilə bu ölkənin NATO-ya üzvlüyünü müzakirə edib

Hakan Fidan İsveç XİN başçısı ilə bu ölkənin NATO-ya üzvlüyünü müzakirə edib

1-02-2024, 17:50

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr bildirib.

Danışıqlar zamanı İsveçin NATO-ya üzvlük prosesi, Türkiyə-İsveç-Finlandiya Daimi Müştərək Mexanizmin bundan sonra keçiriləcək iclaslarına hazırlıq və Türkiyə-Aİ əlaqələri müzakirə edilib.

Geri qayıt