Birxeber.az / Nazirlik əməkdaşı: "İnkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburidır"

Nazirlik əməkdaşı: "İnkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburidır"

1-02-2024, 17:40

Bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir və avtomobil vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

O, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyasının könüllü olduğunu qeyd edib: "Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər. Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".

Ekologiya rəsmisinin sözlərinə görə, bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək uğurlu nəticələr əldə olunub.

Geri qayıt