Birxeber.az / "Təmiz şəhər"də avtomobillərin utilizasiyası ilə bağlı şöbə yaradılıb

"Təmiz şəhər"də avtomobillərin utilizasiyası ilə bağlı şöbə yaradılıb

1-02-2024, 17:40

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılması ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin strukturunda dəyişiklik edilib.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

"Artıq bizdə nəqliyyat vasitələrinin utilizasiya şöbəsi fəaliyyət göstərir. Həmin şöbənin müdiri Mirzə Laçınovdur", - deyə o qeyd edib.

Geri qayıt