Birxeber.az / Çexiya parlamentinin sədri: “Bu səfər Azərbaycanla əməkdaşlığı gücləndirməyə kömək edəcək”

Çexiya parlamentinin sədri: “Bu səfər Azərbaycanla əməkdaşlığı gücləndirməyə kömək edəcək”

1-02-2024, 17:40

Bu səfərin məqsədi Azərbaycan və Çexiya arasında münasibətləri möhkəmləndirməkdir.

Bunu Bakıda Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova “Birxeber.Az”un sualını cavablandırarkən deyib.

“Əminəm ki, ölkələrimizi tək iqtisadi deyil, həm də digər çoxlu ümumi cəhətlər birləşdirir. Məni azərbaycanlı deputat həmkarlarım müşayiət edir. Lakin nümayəndə heyətinə biznes və universitet nümayəndələri də daxildir. Biz əməkdaşlıq üçün yeni sahələr axtarırıq və əminəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə kömək edəcək”, - o vurğulayıb.

Marketa Pekarova Adamova Azərbaycanda ilk dəfədir rəsmi səfərdə olduğunu və Bakı şəhərinin gözəlliyinə heyran olduğunu vurğulayıb:

“İlk növbədə onu deyim ki, bu, mənim Azərbaycana ilk səfərimdir və Bakı məndə dərin təəssürat yaradıb, çünki bura həqiqətən gözəl şəhərdir”.

Geri qayıt