Birxeber.az / DGK-nın Tibbi Xidmət İdarəsində təyinat olub

DGK-nın Tibbi Xidmət İdarəsində təyinat olub

1-02-2024, 17:40

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə yeni rəis təyin olunub.

“Birxeber.Az” xəbər verir ki, bu vəzifəyə Surxay Məmmədov gətirilib.

DGK-nın Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım onu kollektivə təqdim edib.

Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis kimi, həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar bölməsinin rəisi kimi, 2012-2013-cü illərdə Tibbi profilaktika şöbəsinin zabiti kimi, 2013-2016-cı illərdə baş zabit kimi, 2016-cı ildə isə rəis müavini kimi fəaliyyət göstərib. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını qazanıb.

S.Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasının baş müəllimi kimi, 2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitar həkimi, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Müharibə iştirakçıları ilə koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü illərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini vəzifəsində çalışıb.

Geri qayıt