Birxeber.az / Fərid Qayıbov Kürdəmir, Ucar və Zərdabda vətəndaşları qəbul edib

Fərid Qayıbov Kürdəmir, Ucar və Zərdabda vətəndaşları qəbul edib

1-02-2024, 17:40

Gənclər və idman naziri Fərid Qayıbov Kürdəmir, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, ilk olaraq Kürdəmir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Kürdəmir Olimpiya İdman Kompleksində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Geri qayıt