Birxeber.az / “OPEC+” monitorinq komitəsi neft hasilatının həcmini dəyişməyi tövsiyə etməyib

“OPEC+” monitorinq komitəsi neft hasilatının həcmini dəyişməyi tövsiyə etməyib

1-02-2024, 16:40

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) alyansa neft hasilatının həcmində dəyişikliyi tövsiyə etməyib.

“Report” xəbər verir ki, bu barədə alyansın kommünikesində deyilir.

Komitənin iclası bu gün onlayn rejimdə keçirilib.

“JMMC 2023-cü ilin noyabr və dekabr ayları üçün xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə yüksək dərəcədə əməl etdiyini qeyd edib”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, JMMC-nin növbəti iclası aprelin 3-də keçiriləcək.

Geri qayıt