Birxeber.az / Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib

Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib

1-02-2024, 16:40

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Parlamentarilər, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Geri qayıt