Birxeber.az / Azərbaycan Basketbol Liqası: "Sabah" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Sabah" vahid lider olub

21-01-2024, 16:40

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.

"Birxeber.Az"un məlumatına görə, sonuncu matçda "Sabah" "NTD-İndiqo"nun qonağı olub.

Xaçmazdakı qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra "Sabah" çempionatın vahid lideridir. Meydan sahibləri isə 20 xalla ikinci sırada qərarlaşıb.

Geri qayıt