Birxeber.az / "Təmiz Şəhər"in sədri: "Utilizasiyaya ehtiyacı olan avtomobillərin çoxu həyətdə "kubik" üzərindədir"

"Təmiz Şəhər"in sədri: "Utilizasiyaya ehtiyacı olan avtomobillərin çoxu həyətdə "kubik" üzərindədir"

1-02-2024, 16:40

Azərbaycanda utilizasiyaya ehtiyacı olan avtomobillərin bir çoxu həyətlərdə "kubik"lərin üzərindədir - çoxunun təkərləri yoxdur.

"Birxeber.Az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

"Onlardan zibil qutuları kimi istifadə edirlər. Bizim üçün əsas olan onların qeydiyyatdan çıxarılmasıdır. Nəqliyyat vasitəsi sahibləri üçün utilizasiya ilə bağlı təbliğat da vacib məsələdir", - deyə E.Abbasov əlavə edib.

O, həmçinin nəqliyyat vasitələrinin utilizasiyası fonduna ildə 50-60 milyon manat vəsait toplanacağı ilə bağlı fikirlərə münasibət bildirib: "Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik. Düzü, mən o qədər məbləğ gözləmirəm. Əsas odur ki, burada növbəlilik prosesi təmin olunacaq və proqram şəffaf şəkildə icra olunacaq".

Geri qayıt