Birxeber.az / Prezident seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

1-02-2024, 16:40

Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Geri qayıt