Birxeber.az / Azərbaycan və EBRD COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və EBRD COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

1-02-2024, 16:40

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 tədbirinə hazırlıq müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cbbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"EBRD-nin nümayəndələri ilə Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr apardıq", - deyə o qeyd edib.

Geri qayıt