Birxeber.az / Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2,6 mlrd. dollara yaxın artıb

Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2,6 mlrd. dollara yaxın artıb

1-02-2024, 15:50

Bu il fevral ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.21% və ya 24 milyon ABŞ dolları artaraq 11 milyard 637 milyon ABŞ dollarına çatıb.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 28.4% və ya 2 milyard 575.6 milyon dollar artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 61.4 milyon dollar təşkil edib.

Geri qayıt