Birxeber.az / Ötən il Türkiyədən Azərbaycana 2,4 mlrd. dollar dəyərində məhsul ixrac edilib

Ötən il Türkiyədən Azərbaycana 2,4 mlrd. dollar dəyərində məhsul ixrac edilib

1-02-2024, 15:50

Türkiyənin Türk Dövlətləri Təçkilatına üzv olan digər ölkələrə ixracı ötən il 2022-ci ilə nisbətən 14,2 faiz artaraq 6,8 milyard dollara çatıb.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata əsasən, sözügedən dövrdə ən çox məhsul ixrac edilən ölkə Azərbaycan olub - 2,4 milyard dollar. Türk şirkətləri Qzaxıstana 1,7 milyard, Özbəkistana 1,6 milyard, Qırğızıstana 1 milyard dollarlıq ixrac həyata keçiriblər.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə ən çox ixracı kimyəvi maddələr və məhsullar sektoru edib.

Geri qayıt