Birxeber.az / Azərbaycanda pul bazası son bir ayda 604 mln. manat azalıb

Azərbaycanda pul bazası son bir ayda 604 mln. manat azalıb

1-02-2024, 15:50

2024-cü il fevral ayının 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 2.9% və ya 604.1 milyon manat azalaraq 20 milyard 271.1 milyon manata enib.

"Birxeber.Az-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ölkədə pul bazası son 1 ildə 20% və ya 3 milyard 386.2 milyon manat artıb.

Geri qayıt