Birxeber.az / Ceyhun Bayramov: "Bir sıra beynəlxalq təşkilatlar hazırkı normallaşma gündəliyinə xələl gətirir"

Ceyhun Bayramov: "Bir sıra beynəlxalq təşkilatlar hazırkı normallaşma gündəliyinə xələl gətirir"

1-02-2024, 15:40

İşğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatlar hazırkı normallaşma gündəliyinə xələl gətirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşündə deyib.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bildirib ki, ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfəri təşkil olunub.

Azərbaycanın sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb.

Geri qayıt